ƏDV məqsədləri üçün qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıda qeyd olunan tarixlərin birində qüvvəyə minir:
Məcburi qeydiyyat zamanı:
- ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündə;
- bir əqd və ya müqavilə üzrə ƏDV- yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək.
Könüllü qeydiyyat zamanı:
- qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə.
-Vergi Məcəlləsində müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə.
Əsaslandırma: Vergi Məcəlləsinin 157.3-cü maddəsi