Search

Alimentin tutulması barədə qərar iş yerində icra edilərkən tutulmalar barədə.

İşçinin aylıq gəlirindən alimentin tutulması barədə qərar iş yerində icra edilərkən gəlir vergisi, məcburi sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqının tutulması barədə.


Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.


Əsaslandırma: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndi və Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 15-10.1.2-ci maddələri

34 views