Search

AR Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən illik amortizasiya ayırmaları

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən illik amortizasiya ayırmaları üzrə normalar aşağıdakı kimi tətbiq olunur:


  • NV-25%;

  • Maşın və avadanlıqlar-20%;

  • Bina, tikili, qurğular-7%;

  • Digər əsas vəsaitlər-20%;

  • Yüksək hesablama texnikası-25%;

  • İş heyvanları-20%;

  • Müddəti bilinən qeyri-maddi aktivlər üçün istifadə ilinə mütənasib olaraq müddəti bəlli olmayan qeyri-maddi aktivlər üçün illik-10%.

Əgər sahibkarlıq subyekti mikrodursa, bu normalara 2 əmsal, əgər sahibkarlıq subyekti kiçikdirsə, bu normalara 1,5 əmsal tətbiq oluna bilər.


NK-nin 21 dekabr 2018-ci il 556 nömrəli qərarına əsasən işçi sayı 10 nəfərə qədər, illik gəliri 200 000-ə qədər olan sahibkarlıq subyekti mikro sahibkarlıq subyekti sayılır. Mikro sahibkarlıq subyekti olan müəssisənin balansında 20 000 dəyərində NV var. Bu zaman NV illik amortizasiya norması 20 000*25%=5 000 olacaq.

Lakin sahibkarlıq subyekti mikro sahibkar olduğu üçün buna 2 əmsal tətbiq etmək mümkündür: 5 000*2=10 000


Bu zaman müəssisə 10 000 amortizasiya ayırmalarını xərc kimi gəlirlərindən çıxa biləcək.


Əgər işçi sayı 11-50 arası olarsa, illik gəlir isə 200 000-dən 3 milyona qədər olarsa, bu zaman sahibkarlıq subyekti kiçik sahibkarlıq subyekti sayılır. Kiçik sahibkarlıq subyektinin balansında 30 000 AZN dəyərində qurğu var. Bu zaman amortizasiya norması: 30.000*7%=2 100


Sahibkarlıq subyekti kiçik olduğu üçün 1,5 əmsal tətbiq olunacaq. 2 100*1,5=3 150. Müəssisə kiçik sahibkarlıq subyekti olduğu üçün amortizasiya ayırmalarını gəlirlərindən xərc kimi çıxanda 3 150 AZN göstərə bilər.


Əsaslandırma: VM 114 maddəsi, NK 556 nömrəli qərar.

Rauf Pənahəliyev, Direktor

45 views