Search

Cəlb edilən əməliyyatlar üzrə mənfəət vergisinin bəyannaməsinin təqdim edilməsi barədə

Sadələşdirilmiş vergi ödəyicisi könüllü qaydada əvvəlki tarixə ƏDV qeydiyyatına alındığı halda əvvəlki dövrlərdə vergiyə cəlb edilən əməliyyatlar üzrə mənfəət vergisinin bəyannaməsinin təqdim edilməsi barədə


Vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı keçmiş tarixlə aparıldıqda qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci ƏDV bəyannaməsində əks etdirilir.

Bu zaman ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən etibarən sadələşdirilmiş vergi üzrə dövriyyələr dəqiqləşdirilmiş bəyannamələr təqdim edilməklə azaldılır.

Vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı keçmiş tarixlə aparıldıqda vergi ödəyicisinin vergi tutulan gəlirləri və xərcləri onların əldə edildiyi və çəkildiyi hesabat dövrü üzrə mənfəət vergisinin bəyannamələrində əks etdirilməklə vergi orqanına təqdim edilməlidir.

Bu halda mənfəət vergi bəyannaməsinin Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmir.


Əsaslandırma: Vergi Məcəlləsinin 57.1-ci, 72.2-ci, 72.5-ci, 129-cu, 157.1-ci, 157.3.2-ci və 157.3.3-cü maddələri

23 views