Search

Dövlət Vergi Xidmətinin məlumatı

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətlər, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri, o cümlədən işçilərə müalicə olunmaları ilə əlaqədar və məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilən pul müavinətləri icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilmir.


15.04.2021

61 views