Search

Dövlət Vergi Xidmətinin məlumatı

Bakı, Gəncə və Sumqayıt şəhərlərində olan pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) üçün yeni nəsil nəzarət-kassa aparatlarına keçidin ən sonuncu mərhələsinin vaxtı 01.04.2021-ci il tarixdə bitmişdir. Müəyyən olunmuş müddət (vaxt) ərzində yeni nəsil nəzarət-kassa aparatlarına keçməyən vergi ödəyicilərinə qanunvericilikdə nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilə bilər.

Əsaslandırma: Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarı, Vergi Məcəlləsinin 58.7-ci maddəsi 

51 views