Search

Dövlət Vergi Xidmətinin məlumatı

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya məbləğinin icbari tibbi sığortaya cəlb edilməsi:


İstifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada işçiyə ödənilən kompensasiya məbləğləri icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. Bu zaman istifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə ödənilən kompensasiya haqqı əmək haqqına əlavə edilmədən ayrılıqda icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilir.


Əsaslandırma: Əmək Məcəlləsinin 157-ci, “Tibbi sığorta haqqında” Qanununun 1.0.6, 1.0.7, 15-2.2.1-ci və 15-10.1.2-ci maddələri

47 views