Search

Korporativ idarəetmə haqqında. 1-ci hissə.

Korporativ idarəetmə biznesin idarə edilməsi modelidir. Burada əsas məqsəd biznesi daha da inkişaf etdirmək, riskləri idarə etmək, gəlirlilik səviyyəsini qaldırıraq biznesi böyütməkdir.


Korporativ idarəetmə zamanı şirkətlərdə şəffaflıq, hesabatlılıq, cavabdehlik, ədaləti qorumaq vacib amillər olur. Çünki bunlar qorunan zaman inkişafa nail olmaq mümkündür. Bunun üçün də risklər minimuma endirilməli, güclü nəzarət və strateji planlaşdırma işləri aparılmalıdır.


Korporativ idarəetmənin özünün də modelləri var: Amerikan və Avropa modeli. Avropa modeli özü də Fransız və Alman modellərinə ayrılır. Son zamanlar Yapon modeli də tətbiq olunur. Bu modellərin fərqi strukturda özünü göstərir. Amma ümumilikdə nəticə eyni olur. Yəni korporativ idarəetmə zamanı biznes səhmdarlar yığıncağı, direktorlar şurası, müşahidə şurası bu kimi strukturlarla idarə edilir.


Bütün bunların da bir məqsədi var: Güclü nəzarət mexanizmini həyata keçirmək. Bu nəzarət mexanizmi nəticəsində hesabatlılıq təmin olunur, hesabatlar da şəffaflıq təmin olunur, risklər azaldılır, maraqların toqquşmasının qarşısı alınır. Beləliklə də biznes inkişaf edir.


Bunlardan ən çətin məsələ maraqların toqquşmasıdır. Bu da ən çox idarəetmənin iştirakçıları arasında maraqların yaranmasından, həm qanunlarda, həm də qanunların tətbiqində boşluğun olmasından yaranır.

Biznesin məqsədi mənfəət əldə etməkdir. Mənfəət əldə edən zaman da biznesin dayanıqlığı, rəqabət qabiliyyəti və maliyyə vəziyyəti əsas rol oynayır. Biznesə yeni investorların cəlb edilməsi üçün də bu sadalananlar əsas idi. Ancaq indi bunlardan da daha vacib korporativ idarəetmənin yüksək səviyyədə olmasıdır. İnvestorlar indi beynəlxalq şirkətlərdə əsas korporativ idarəetmə sisteminə nəzər yetirirlər. Çünki şəffaflıq və ədalət, hesabatlılıq olmasa o zaman biznes parçalanar və dayanıqlığını itirər.


Korporativ idarəetmə zamanı audit əsas rol oynayır. Çünki daim daxili və kənar audit yoxlamaları idarəetmənin effektivliyini artırır.

Rauf Pənahəliyev, Direktor Perfect Rate Consulting

37 views