Search

Müvəqqəti vergi rejimi dövründə ödəmə mənbəyində icarə haqqından verginin tutulması barədə

Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2020-ci ilə aid dövrdə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlak üzrə icarə haqqına görə 2021-ci ildə edilən ödənişlər icarəyə verənin gəlirlərinə aid edildiyindən və 2020-ci il üçün ödənilən icarə haqqına hesablanan vergiyə güzəştli dərəcə tətbiq edildiyindən həmin ödənişlərdən 2020-ci ildə müvəqqəti vergi rejimində qüvvədə olan dərəcə ilə (50% güzəşt nəzərə alınmaqla) vergi tutulur. Əsaslandırılma: Vergi Məcəlləsinin 124.1-ci, 222.2-ci, 224.6-cı maddələri. Mənbə: Dövlət Vergi Xidməti

29 views