Search

Milli mətbuat günü

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən doğma dilimizdə nəşr olunmağa başlamış “Əkinçi” qazeti milli mətbuatımızın ilk nümunəsi hesab olunur. Qazet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. Bu tarix 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Bu gün ölkəmizdə “Əkinçi”nin açdığı cığırla irəliləyən yüzlərlə mətbu orqan-qazet və jurnal fəaliyyət göstərir, ictimai-siyasi həyatın carçıları olan jurnalistlər inkişaf naminə yorulmadan çalışırlar. Bunun nəticəsidir ki, milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın Qarabağ torpaqlarının azadlığı uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.

Milli Mətbuat Günü münasibəti ilə peşəsini layiqincə davam etdirən bütün mətbuat işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır, vətən müharibəsində şəhid olmuş qəhrəman jurnalistlərimizə bir daha Allahdan rəhmət diləyirik. Fidan Şahinli

16 views