Search

Kiçik bizneslərdə Mühasibat sisteminin vacibliyi və əhəmiyyəti.

Hər bir şirkətin əsas onurğa sütunu mühasibat sistemidir. Çünki şirkətin bütün təsərrüfat əməliyyatlarının qeydiyyatı aparılmalı, gəlirləri və xərcləri düzgün təhlil edilməlidir. Bəzən düşünmədiyimiz kiçik xərclər sonradan böyük problemlər yaradır. Bu işlərin aparılması üçün isə mühasibat şöbəsinin olması vacib amildir. Lakin mühasibat şöbəsinin qurulması və ixtisaslı kadrların cəlb edilməsi böyük maliyyə tələb edir. Eyni zamanda kadr seçimi zaman alır. Belə olan halda mühasibat şöbəsini qurmaqla deyil, mühasibat işlərini bu işi görən şirkətlərə müraciət etməklə həll etmək daha faydalı olur. Həm az maliyyə tələb edir, həm də artıq seçilmiş kadrlar işi aparır.

Bu xidmətlərdən istifadə etmək yalnız maliyyəyə qənaət və ixtisaslı kadr seçimi ilə də yekunlaşmır. Bunlardan başqa mühasibat xidməti göstərən şirkətlərin xidmət sahəsi geniş olur. İstər mühasibat uçotunun qurulması, istər vergi hesablanmasının düzgün aparılması, istərsə də kadr uçotunun aparılması kimi komplekt xidmətlərdən istifadə edəcəklər. Bəzən şirkət bir əməliyyatı apararkən yaranacaq müsbət və mənfi nəticələri əvvəldən görə bilmir. Lakin mühasibat şirkətləri ilə bu əməliyyatın nəticələrini əvvəlcədən görmək mümkündür.

Perfect Rate Consulting kiçik bizneslərə birinci növbədə düzgün qurulmuş mühasibat uçotu ilə dolğun hesabatlılıq və proqnoz vəd edir. İkinci növbədə kiçik biznesin böyüməsini vəd edir. Çünki hər biznesin böyüməsi üçün hesabatlılıq və proqnoz vermək effekti əsas amildir. Üçüncü növbədə uçot sisteminin şəffaflığı sayəsində yoxlamaya yoxlamadan öncə hazır olmaqla əlavə sanksiyalardan qorumağı vəd edir. Dördüncü hər bir baş verəcək yeni əməliyyatın mənfi və müsbət tərəflərini öncədən görməyi vəd edir.

" Bir sözlə, komplekt şəkildə, peşəkarcasına göstərilən xidmətimizlə bizneslərə dəyər qatıb uğur əldə etməyi vəd edirik."

Rauf Pənahəliyev, Direktor

30 views