Fiziki şəxslər üçün yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların vergidən azad olması barədə:
- Yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri;
- Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyərinin 4000 manatadək olan hissəsi;
- Respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə pul şəklində alınan mükafatların dəyərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Əsaslandırma: Vergi Məcəlləsinin 102.1.15-ci maddəsi.