Search

Sərəncam olduğu halda kassada mövcud olan vəsaitdən istifadə edilməsinə görə sanksiya

Bank hesabında sərəncam olduğu halda kassada mövcud olan vəsaitdən istifadə edilməsinə görə tətbiq edilən maliyyə sanksiyası barədə.


Kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


Əsaslandırma: Vergi Məcəlləsinin 58.3-cü maddəsi, Mülki Məcəllənin 965-ci maddəsi.

49 views