Search

Səyyar vergi yoxlaması zamanı malların alış aktı olmadan anbarda saxlanılmasına görə sanksiya

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı malların alış aktı olmadan anbarda saxlanılması zamanı tətbiq olunan maliyyə sanksiyası barədə


Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan mallara dair malların elektron alış aktları olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur. Bu hallar istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir.


Əsaslandırma: Vergi Məcəlləsinin 58.8-ci, 58.8.2-ci və 71-2-ci maddələri

84 views