Search

Şirkət qeydiyyatı zamanı nəzərə alınmalı 5 vacib addım

Bu gün sahibkarların və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin ən çox ünvanladığı sualları nəzərə alaraq şirkət yaradılma prosesi ilə bağlı məlumatları suallar əsasında cavablandıracağam. Bəzən sahibkarlar bizneslərini böyütmək və ya biznesə başlamaq üçün şirkət yaradılması prosesindən çəkinir və ya onlara bu proses çətin gəlir.


1. Şirkət yaratmaq çətindirmi?


İlk olaraq onu qeyd edim ki, ölkəmizdə informasiya texnologiyaları sayəsində son inkişaflar və bir çox xidmətlərin elektronlaşdırılması bu prosesi olduqca asanlaşdırmışdır. Hazırda sadəcə şəxsiyyət vəsiqəsi və ona bağlı olan telefon nömrəsi ilə şirkət yaratmaq mümkündür. Bu proses olduqca sadə və rahatdır.


2. Şirkət qeydiyyatı necə rəsmiləşdirilir?

Ümumiyyətlə, şirkət qeydiyyatı iki şəkildə rəsmiləşdirilir: DVX-nin yaratdığı "Bir pəncərə" sisteminə müraciət etməklə qeydiyyatı rəsmiləşdirə bilərsiniz və ya özünüz internet vergi idarəsindən onlayn kargüzarlıq bölməsinə daxil olaraq onlayn qaydada rəsmiləşdirmə apara bilərsiniz. Onu da qeyd edək ki, onlayn qaydada rəsmiləşdirmə aparılan zaman kommersiya hüquqi təşkilatların dövlət qeydiyyatına alınması üçün rüsum ödənilmir. Onlayn qaydada rəsmiləşdirmə apardıqdan sonra şirkətin fəaliyyətləri ilə bağlı əməliyyatları aparmaq üçün sizə "Asan imza" lazım olacaq.


Asan İmza müvafiq operatorlar tərəfindən alınmış asan nömrələrə verilən müvafiq sertifikatlarla mümkündür. Hüquqi şəxsin fəaliyyəti üçün asan nömrəyə hüquqi şəxs sertifikatı alınmalıdır.

3. İlkin mərhələdə nələri bilmək lazımdır?

Hər nə qədər şirkət qeydiyyatı rahat və asan olsa da, qeydiyyatdan əvvəl bilməli olduğunuz məqam fəaliyyət sahənizə uyğun olaraq yaranacaq vergi öhdəliklərinizdir. Qeydiyyatdan sonra bununa bağlı DVX bildiriş təqdim etsə də, siz bu öhdəliklər barəsində əvvəlcədən məlumat əldə etməli və artıq vergi mükəlləfiyətiniz olmasın deyə düzgün seçim etməlisiniz. Çünki ilkin qeydiyyat zamanı fəaliyyətinizi təhlil edib ona uyğun vergi mükəlləfiyyətini seçə bilərsiniz.


4. Mühasib konsultasiyasına niyə ehtiyac var?


Çünki qeydiyyatdan əvvəl ixtisaslı bir mühasib sizin fəaliyyət istiqamətinizi tam ətraflı təhlil edib, sizin ilkin mərhələdə gözlənilən gəlir və xərcləriniz barəsində ümumi məlumatları proqnozlaşdırıb ona uyğun vergi mükəlləfiyyətinin seçilməsini təklif edəcək ki, bu zaman sizin artıq öhdəlikləriniz yaranmayacaq.

İlkin proqnozlaşdırma və təhlil həm də sizin şirkəti yaranacaq ilkin risklərdən qoruyacaq və sizə əlavə üstünlüklər qazandıracaqdır.


5. "Perfect Rate Consulting" şirkəti sizə nə vəd verir?

Şirkətimizin peşəkar və təcrübəli kollektivi sayəsində siz şirkətinizin qeydiyyatı ilə bağlı bütün suallarınıza tam detallı cavablar ala bilər, fəaliyyət istiqamətinin hərtərəfli təhlili ilə tanış olub, düzgün seçimlər edib özünüzü və şirkətinizi bütün əlavə risk və öhdəliklərdən qoruya bilərsiniz. Bundan əlavə, sizə verilən dəqiq məlumatlar əsasında siz heç bir məkana iki dəfə getməyə ehtiyac duymayacaqsınız. Rahat və işıqlı ofisimizdə çayınızı içdiyiniz zaman şirkətinizin qeydiyyat prosesini tamamlayıb sənədlərinizi əldə edə biləcəksiniz. Eyni zamanda, bu proses üçün sizdən heç bir xidmət haqqı tələb olunmayacaq, sadəcə, yeni əməkdaşlığın başlanğıcına imza atacağıq. Çünki vaxtınız dəyərlidir!

Rauf Pənahəliyev

Direktor, Təlimçi

Perfect Rate Consulting

50 views