Search

Təsisçidən alınmış borc məbləğinin nağd qaydada qaytarılması

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin aid olduğu şəxslər kateqoriyasından asılı olaraq müəyyən edilmiş hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Həddən artıq olan hissənin qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Göstərilən tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə qanunun tələbi pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


Əsaslandırma: Vergi Məcəlləsinin 58.7-1-ci, 58.7-1.1-ci, 58.7-1.6-cı və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü, 3.4.6-cı maddələri. Mənbə: Dövlət Vergi Xidməti

62 views