Search

İşçiyə verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin məbləğ İTS-ya cəlb olunurmu?

İşəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin məbləğ işsizlikdən sığorta və İTS-ya cəlb olunurmu?


İşçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin vəsaitin məbləği işçinin muzdlu işlə əlaqədar aylıq gəliri hesab edilir və həmin məbləğdən İşsizlik və İcbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.


Əsaslandırılma: Əmək Məcəlləsinin 154-cü, Vergi Məcəlləsinin 98.1, 98.2.7-ci maddəsi, İşsizlikdən sığorta haqqında qanunun 9-cu maddəsi və Tibbi sığorta haqqında qanunun 15-10.1.2-ci maddəsi

27 views