Search

Uşaq bağçaları fəaliyyətini sadələşdirilmiş vergi ödəyicisi olaraq həyata keçirə bilərlərmi?

Məktəbəqədər təhsil müəssisələrinin (o cümlədən uşaq bağçalarının) fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növü hesab olunduğundan, qeyd olunan fəaliyyət növünü həyata keçirən şəxslərin 2019-cu il yanvarın 1-dən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv edilmiş və həmin tarixdən qeyd olunan şəxslər mənfəət vergisi ödəyicisi olaraq fəaliyyət göstərməlidirlər.

Əlavə olaraq bildiririk ki, məktəbəqədər təhsil müəssisələrinin (o cümlədən uşaq bağçalarının) bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azaddır.

Əsaslandırma: Vergi Məcəlləsinin 106.1.15-ci, 218.5.13-cü maddələri, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu.

17 views