Vergi məbləğləri aşağıdakı formalarda tutulur:
- bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);
- bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);
- bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).
Əsaslandırma: Vergi Məcəlləsinin 5-ci maddəsi