Search

Vergi optimallaşdırılması, vergi güzəştləri və onlardan faydalanma yolları.

Bu gün biznes sahibləri üçün daha faydalı ola biləcək vergi optimallaşdırılmasından danışacağam. Bildiyimiz kimi, biznesin əsas hədəfi gəlir əldə etməkdir. Lakin dövlətin də büdcəsi yığılan vergilərdən formalaşır. Bunun üçün hər bir biznes sahibinin, hər bir subyekt sahibinin hətta hər bir vətəndaşın vergi ödəmək kimi bir öhdəliyi var.


Vergi ödəmək Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaş vəzifələrinə də aid edilmişdir. Məhz Konstitusiyamızın 73-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq da qeyd etmək olar ki, heç kəs qanunla müəyyən olunmayan vergini ödəməyə məcbur edilə bilməz. Bildiyimiz kimi, vergi qanunvericiliyi məhz öz əksini Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərir. Bəzən sahibkarlara,-“vergi”,- deyəndə narahatlıq yaranır. Bu isə sahibkarların öz hüquq və mükəlləfiyyətlərini tam düzgün, dəqiq bilməməyindən və qarşı tərəfin də onlara bunu izah etməməyindən yaranır. Bu narahatlığın qarşısını, əslində, məhz vergi optimallaşdırılması ilə almaq mümkündür.


Bəs vergi optimallaşdırılması nədir?


Vergi optimallaşdırılması qanunun icazə verdiyi çərçivədə leqal və qanuni yollarla, qanuni üsullardan istifadə etməklə vergi öhdəliyini minimuma endirmək və azaltmaq deməkdir. Qanunun icazə verdiyi çərçivə dedikdə isə buraya Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan azadolma və güzəştlərdən istifadə etmək nəzərdə tutulur. VM-də əksini tapan doqquz növ dövlət vergisinin hər birinin ayrılıqda azadolma və güzəşt maddələri vardır ki, bundan da istifadə etmək vergi optimallaşdırılması üçün əsas amildir. Lakin sahibkarlar bu üsulları bilmədiyindən vergi optimallaşdırılmasından kənarda qalırlar. Halbuki hər bir biznesə başlamadan əvvəl mükəlləfiyyətin müəyyən olunması hər tərəfli təyin edilib proqnozlaşdırılmalı, ondan sonra fəaliyyətə başlanılmalıdır.


Vergi optimallaşdırılması hansı üstünlükləri verir?


Vergi optimallaşdırılması biznes sahiblərinə düzgün vergi mükəlləfiyyətini müəyyənləşdirməklə yarana biləcək əlavə vergi öhdəliklərindən azad olmaq, əməliyyatlar aparan zaman yarana biləcək vergi öhdəliklərindən öncədən xəbərdar olmaqla ani vergi xərclərindən qurtulmaq, hər hansı əlavə sanksiyalara məruz qalmamaq, riskli vergi ödəyicisinə çevrilməmək, əsassız vergi yoxlamalarına məruz qalmamaq, vergi ödəmələrində və hesabatlarında gecikməmək kimi üstünlükləri yaradır. Bu üstünlüklər sayəsində biznes sahibləri həm işini planlaşdıra bilir, həm də qanuni şəkildə vergi güzəştlərindən faydalana bilir. Bununla da biznesin inkişaf yolunda daha faydalı addımlar atmaq və zaman qazanmaq mümkün olur.


Vergi güzəştlərindən necə faydalanmaq olar?


Sözsüz ki, gəlir xərc çəkilmədən əldə edilmir. İlk biznesə başlayan zaman isə xərclər bəzən gözə görünmür və ya maraqlı olmur. Halbuki bu xərclər rəsmiləşdirilərsə və düzgün uçot aparılarsa bu zaman biznesin əvvəlində artıq sahibkar müəyyən üstünlüklər əldə etmiş olacaq. Çünki vergi optimallaşdırılması üçün ilk növbədə xərcləri optimallaşdırmaq daha vacibdir. Bununla yanaşı işi planlı qurmaqla. vergi azadolmaları və güzəşt maddələrinin tələblərini tətbiq etməyə yönəlməklə bunlardan faydalanmaq mümkündür. Riskli hesab oluna biləcək əməliyyatları əvvəlcədən müəyyən etməklə onların qarşısını alıb vergi risklərindən qorunmaq da bu güzəştlər üçün əsas amildir.


Perfect Rate vergi optimallaşdırılmasını necə həyata keçirir?


Düzgün uçot, hesabat və proqnoz əlavə vergi öhdəliklərinin qarşısını almaqda daima faydalıdır. Biz müştərilərimiz üçün düzgün vergi uçotunu həyata keçirməklə onu əvvəlcədən yarana biləcək vergi öhdəlikləri barədə məlumatlandırırıq. Azərbaycan iqtisadi inkişaf yolunda irəliləyən bir ölkə olduğu üçün sahibkarlara və bizneslərə daimi olaraq yeni güzəştlər verilir. Biz dövlətin iqtisadi inkişaf siyasətini izləməklə bu güzəştlərdən daima ilk xəbərdar oluruq və bu güzəştlərdən müştərilərimizin faydalanmasına şərait yaradırıq. Eyni zamanda ölkədə qanunvericilik aktlarında tez-tez dəyişikliklər baş verir. Biz isə qanunvericiliyə edilən dəyişikliklərdən dərhal müştəriləri xəbardar edərək onların əməliyyatlarına təsir nöqtələrini müəyyən edib onları əlavə risklərdən qoruyuruq. Burada əsas amil qanundan və yeni güzəştlərdən xəbərdar olmaq deyil, biz həm də müştərilərimizə bu məlumatları təfsilatı ilə çatdırırıq. Çünki hər zərər məlumatsızlıqdan yaranır. Biz isə müştərilərimizin həm məlumatlı olmasını, həm də inkişaf etməsini istəyirik.


"Çünki hər zərər məlumatsızlıqdan yaranır. Biz isə müştərilərimizin həm məlumatlı olmasını, həm də inkişaf etməsini istəyirik."

Rauf Pənahəliyev, Direktor


31 views